Sudan İranla diplomatik əlaqələri kəsib

Sudan İranla diplomatik əlaqələri kəsib
# 04 yanvar 2016 14:23 (UTC +04:00)

APA-nın Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi olan SPA-ya istinadən verdiyi məlumata görə, Sudan İranla diplomatik əlaqələri kəsib.

Sudan İranın Hartumdakı səfiri və diplomatlarının ölkədən çıxarılması, Tehrandakı səfirinin geri çağırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR