"Akkord" Almaniya şirkəti ilə məhkəmə çəkişməsinə aydınlıq gətirib - YENİLƏNİB

"Akkord" Almaniya şirkəti ilə məhkəmə çəkişməsinə aydınlıq gətirib - <span style="color: red;">YENİLƏNİB
# 17 fevral 2016 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Almaniya şirkəti tərəfindən məhkəməyə verilməsi barədə məsələyə aydınlıq gətirib.

Şirkətdən APA-ya verilən məlumatda bildirilir ki, 2011-ci il noyabrın 14-də “Reibel Gesellschaft für İnternational Spedition und Schiffart Gmbh” şirkəti 2 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı 72 833,00 avro məbləğində iddia qaldırıb.

2 saylı İnzibati İqtisadi Məhkəməsinin 30.04.2014-cü il tarixli qətnaməsinə əsasən, Korporasiyadan 72 833,00 avro tutulması barədə qərar qəbul edilib.

Bundan sonra "Akkord" tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən, 2 saylı İnzibati İqtisadi məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Bundan sonra Korporasiya tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilib.

Ali Məhkəmənin 29.09.2015-ci il tarixli qərarına əsasən, Korporasiyanın kassasiya şikayəti təmin edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Hazırda mülki işə Bakı Apellyasiya Məhkəməsində baxılması davam edir.

***

saat 10.40

Bakı. Şəhriyar Əlizadə - APA. Almaniya şirkətinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Almaniyanın “REBİEL Gesellschaft für İnternational Spedition und Schiffart Gmbh” şirkəti borcun ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə iddianı təmin edib.

Lakin həmin qətnamə ilə razılaşmayan “Akkord” ASC apellyasiya şikayəti verib.

Borcun nədən yarandığı və məbləği açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR