Lənkəranda referendum gününə qədər səsvermə hüququ olan bütün şəxslərə şəxsiyyət vəsiqələri veriləcək

Lənkəranda referendum gününə qədər səsvermə hüququ olan bütün şəxslərə şəxsiyyət vəsiqələri veriləcək
# 23 avqust 2016 15:56 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda referendum gününə qədər səsvermə hüququ olan bütün vətəndaşlar şəxsiyyət vəsiqələri ilə təmin olunacaqlar.

APA-nın cənub bürosunun məlumatına görə, bunu avqustun 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov deyib. O bildirib ki, seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının üzərinə böyük vəzifə düşür. Bu istiqamətdə seçki komissiyaları ilə qarşılıqlı əlaqələrindən söz açan İ. Hümbətov səsvermə günü polisin gücləndirilmiş iş rejimində işləyəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR