“BP-Azerbaijan”: Bu ilin ilk yarısında Səngəçal terminalı ilə 148 mln. bareldən çox neft və kondensat ixrac edilib

“BP-Azerbaijan”: Bu ilin ilk yarısında Səngəçal terminalı ilə 148 mln. bareldən çox neft və kondensat ixrac edilib
# 22 avqust 2016 11:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

APA-Economics”in “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.

Bu ilin birinci yarısında terminal 148 mln. bareldən artıq neft və kondensat, o cümlədən 132 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təqribən 15,5 mln. barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə və təqribən 0,5 mln. barel kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. İki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,3 mln. standart kubmetr (1 mlrd. 35 mln. standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR