Azərbaycan prezidenti Naxçıvanda su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib

Azərbaycan prezidenti Naxçıvanda su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib
# 01 dekabr 2015 16:00 (UTC +04:00)

APA-nın məlumatına görə, layihənin baş planı ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi Azərbaycanla Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib.

Görülmüş işlər çərçivəsində 224.790 metr uzunluğunda şəhərdaxili su şəbəkəsi tikilib, 21.207 ev birləşməsində sayğaclaşma işləri görülüb. Şəbəkə üzərində 905 yanğın hidrantı quraşdırılıb. Bununla da Naxçıvan şəhər əhalisinin içməli suya tələbatı 100 faiz təmin olunub.

Qeyd edilib ki, layihənin mühüm tərkib hissəsi olan şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri də uğurla icra olunub. Layihə çərçivəsində 219.040 metr uzunluğunda kanalizasiya xətləri çəkilib. Bu da 20.795 ev birləşməsini əhatə edib.

Sonra prezident İlham Əliyevə layihənin icrasında istifadə olunan tikinti materialları, xüsusilə də borular haqqında məlumat verilib. Bildirilib ki, həm su, həm də kanalizasiya şəbəkəsinin qurulması zamanı bütün köhnə xətlər yeniləri ilə əvəz olunub və yüksək keyfiyyətli borulardan istifadə edilib.

Azərbaycan prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR