bashliq

bashliq
# 17 fevral 2016 09:34 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən parlamentə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə parlamentə sənəd daxil olub.

Sənədə əsasən Azərbaycanın 2016-cı ildə dövlət büdcəsi gəlirləri 16 822 000,0 manat, xərcləri isə 18 495 00,0 manat məbləğində təsdiq edilir.

Ötən ilin sonu qəbul edilmiş adı çəkilən qanuna görə 2016-cı il üçün bu rəqəm müvafiq olaraq 16 mlrd. 566 mln. manat (büdcə gəlirləri) və 16,264 mlrd. Manat (büdcə xərcləri) təsdiq edilib.

Yeni sənədə əsasən o cümlədən mərkəzləşdirilmiş gəlirlər 16 055 654,5 min manat, yerli gəlirlər 766 345,5 min manat, mərkəzləşdirilmiş xərclər 16 953 749,0 min manat, yerli xərclər isə 1 541 251,0 min manat təsdiq edilir.

Layihə fevralın 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR