Elin Süleymanov: “Enerji bazarındakı vəziyyət “Cənub Qaz Dəhlizi”nin inkişafına təsir etməyəcək”

Elin Süleymanov: “Enerji bazarındakı vəziyyət “Cənub Qaz Dəhlizi”nin inkişafına təsir etməyəcək”
# 02 fevral 2016 03:30 (UTC +04:00)

Bakı-APA. “Cənub Qaz Dəhlizi” layihəsi daralan enerji bazarına və qiymətlərin ucuzlaşmasına tab gətirə biləcək.

APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

“Cənub Qaz Dəhlizi”nə maliyyə vəsaitləri ayrılıb, layihənin sərmayəçiləri və alıcıları var. Enerji bazarında yaranan vəziyyətin layihənin inkişafına təsir edəcəyi gözlənilmir”, deyə E.Süleymanov qeyd edib.

Qeyd edək ki, TANAP-TAP qaz kəmərlərinin daxil olduğu “Cənub Qaz Dəhlizi” “Şahdəniz” yatağından İtaliyanın cənubuna qədər uzanaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyanın ərazisindən keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR