“Kapital Bank” “Ən yaxşı bank” adına layiq görülüb

“Kapital Bank” “Ən yaxşı bank” adına layiq görülüb
# 04 dekabr 2015 15:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərindən olan “Business New Europe” “Kapital Bank”ı yüksək maliyyə göstəricilərinə görə Azərbaycanın “ən yaxşı bankı” adına layiq görüb.

Bankdan “APA-Economic”ə verilən xəbərə görə, 2006-cı ildən nəşr edilən “Business New Europe” jurnalı postsovet məkanı, Mərkəzi Avropa, Balkan yarımadası və Mərkəzi Asiyada yerləşən 30-dan artıq ölkədə biznes, iqtisadi maliyyə və siyasət sahələrini əhatə edir. Jurnal ayda bir dəfə ingilis dilində 20 min tirajla nəşr edilir.

““Business New Europe” kimi nüfuzlu media şirkəti tərəfindən mükafata layiq görülmək bizim üçün çox sevindiricidir. Bu təltif bir daha “Kapital Bank”ın güclü və dayanıqlı maliyyə durumunu sübut edir və müştərilərimizin bizə olan inamını daha da artırır”, - deyə bankın Marketinq Kommunikasiyaları şöbəsinin rəisi Günel Fərzəliyeva qeyd edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. “Kapital Bank”ın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə, “Kapital Bank”ın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR