Brüsseldə bıçaqla silahlanmış qadın yoldan keçənlərə hücum edib, 3 nəfər yaralanıb

 Brüsseldə bıçaqla silahlanmış qadın yoldan keçənlərə hücum edib, 3 nəfər yaralanıb
# 22 avqust 2016 18:38 (UTC +04:00)

Bakı-APA. Belçikanın paytaxtı Brüsseldə bıçaqla silahlanmış naməlum qadın yoldan keçənlərə hücum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Qadını saxlamaq üçün polis silahdan istifadə etmək məcburiyyətində qalıb. Yaralanan qadın xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir. Cinayətin motivi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR