ARDNF gənclərin xaricdə təhsil almasına çəkdiyi xərcləri kəskin azaldıb

ARDNF gənclərin xaricdə təhsil almasına çəkdiyi xərcləri kəskin azaldıb
# 09 mart 2016 13:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 35,5 mln. manat vəsait ayrılıb və bu xərc maddəsi büdcədə nəzərdə tutulana nisbətən (44,1 mln. manat) 80,6% səviyyəsində icra olunub. "APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib.

Təhsil Nazirliyinin sifarişlərinə əsasən 2015-ci ildə ARDNF-dən ayrılmış vəsaitlərin 16,8 mln. manatı yaşayış, 17,2 mln. manatı təhsil, təqribən 0,8 mln. manatı yol, 0,5 mln. manatı tibbi sığorta, 0,16 mln. manatı viza, qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilib. 2008-2015-ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 156,8 mln. manat məbləğində vəsait ayrılıb. 31 dekabr 2015-ci il tarixinə ARDNF-in vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş müqavilə üzrə təhsil alanların sayı 3417 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR