"Azəriqaz" 64 mindən çox mənzilə texniki baxış keçirib

"Azəriqaz" 64 mindən çox mənzilə texniki baxış keçirib
# 10 mart 2016 13:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azəriqaz" İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən cari ilin fevral ayında 64 181 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR