Həmsədrlər Türkiyə rəsmiləri ilə fikir mübadiləsi imkanlarını qiymətləndirirlər

Həmsədrlər Türkiyə rəsmiləri ilə fikir mübadiləsi imkanlarını qiymətləndirirlər
# 05 avqust 2016 07:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Həmsədrlər istənilən vaxt yüksək vəzifəli Türkiyə rəsmiləri ilə görüşmək üçün Ankaraya səfər etməyə hazırdırlar və biz konkret tarix üçün dəvət gözləyirik”.

Bunu ATƏT-in Minsk qrupunu amerikalı həmsədri Ceyms Uorlik APA-nın həmsədrlərin Ankaraya səfərinin nə zaman reallaşacağı ilə bağlı sorğusunu cavablandırarkən deyib.

“Dağlıq Qarabağ sülh prosesi ilə bağlı məsləhətləşmələr aparılması üçün Minsk qrupuna üzv hər ölkənin paytaxtına səfər etmişik. Türkiyə rəsmiləri ilə fikir mübadiləsi imkanını və onların həmsədrlərin danışıqların irəliyə doğru aparılması, habelə zorakılıq riskinin azaldılması ilə bağlı səylərinə dəstəyini qiymətləndiririk” - deyə, C. Uorlik qeyd edib.

Xatırladaq ki, həmsədrlərin iyulun 18-də Ankaraya planlaşdırılan səfəri Türkiyədə hərbi çevriliş cəhdindən sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR