Burundidə hərbi bazalara edilən hücumlar nəticəsində 87 nəfər ölüb

Burundidə hərbi bazalara edilən hücumlar nəticəsində 87 nəfər ölüb
# 13 dekabr 2015 03:29 (UTC +04:00)

Bakı-APA. Burundinin paytaxtında üç hərbi bazaya törədilən silahlı hücumlar nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, ölənlərdən 8 nəfəri zabitdir, daha 20 hərbçi yaralanıb.

Rəsmi qurumların məlumatına görə, 45 nəfər həbs edilib.

Qeyd edək ki, Burundi prezidenti Pyer Nkurunziz üçüncü dəfə namizədliyini irəli sürdükdən sonra ölkədə iğtişaşlar başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR