Bakıda yanğın olub

Bakıda yanğın olub
# 14 sentyabr 2016 14:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 90 m2 sahədə, içərisində 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən hər birinin həcmi 70 litr olan 5 ədəd boş propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR