Belarusdakı parlament seçkilərində seçicilərin 74 faizi iştirak edib

Belarusdakı parlament seçkilərində seçicilərin 74  faizi iştirak edib
# 11 sentyabr 2016 21:54 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 11-də Belarusda parlament seçkiləri keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, son məlumata görə seçkilərdə seçicilərin 74 faizi iştirak edib. Bu barədə Belarus Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Qeyd edək ki, bu gün səhət Belarus Milli Məclisinin Nümayəndələr Palatasına (parlamentin aşağı palatası) seçkilərdə 7 milyona yaxın seçicinin səs verməsi üçün 6 min 18 seçki məntəqəsi açılıb. Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 484 namizəd mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR