Rus Dram Teatrında Elçinin "Artist" əsərinin məşqləri başlayıb

Rus Dram Teatrında Elçinin "Artist" əsərinin məşqləri başlayıb
# 24 fevral 2016 11:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xalq yazıçısı Elçinin "Artist" əsərinin məşqləri başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əsərə teatrın rejissoru, xalq artisti İranə Tağızadə quruluş verib.

Hazırda məşqləri gedən tamaşanın premyerası mayda olacaq. Tamaşa Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir. Rus Dram Teatrının səhnəsində hazırlanan tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını Firdovsi Atakişiyev canlandıracaq. Yeni tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov və Elmira Aslanova ifa edir.

Digər obrazları Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski və İosif Tkaç ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR