Sabunçuda səkkiz otaqlı evdə yanğın olub

Sabunçuda səkkiz otaqlı evdə yanğın olub
# 09 fevral 2016 15:45 (UTC +04:00)


Bakı - APA. Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m (hər mərtəbəsi 75 kv.m) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

APA-nın məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR