Bakıda avtomobil qaçıran nəzarətçi tutulub

Bakıda avtomobil qaçıran nəzarətçi tutulub
# 13 fevral 2016 09:35 (UTC +04:00)

Bakı-APA. Bakıda avtomobil qaçırılması faktı qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşayan Naxçıvan şəhər sakini Vüqar İbrahimov polisə müraciət edərək həmin gün ona məxsus “KİA” markalı avtomobili Saleh adlı dayanacaq nəzarətçisinə verdiyini və onun avtomobili qaçıraraq D.Əliyeva küçəsində ağaca vurduğunu bildirib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini Saleh Kərimov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR