İsrail səfiri Tovuz və Şəmkirdə olub

İsrail səfiri Tovuz və Şəmkirdə olub
# 22 dekabr 2015 14:41 (UTC +04:00)

Bakı - APA. İsrailin Azərbaycandakı səfiri Dan Stav Qərb regionlara səfərini başa vurub.

Səfirlikdən APA-ya verilən məlumata görə, səfir Tovuz rayonu icra başçısının müavini Mahir Həsənov və Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovla görüşüb.

Diplomat səfirliyin tarixi, strateji cəhətdən vacib “İpək yolu”nda yerləşən iki mühüm rayonla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, səfərin məqsədi iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdir.

D. Stav səfirliyin İsrail şirkətləri və sahibkarları ilə əlaqələrin yaradılmasında rolunu vurğulayıb.

Səfir Tovuzda ferma, tarixi qala, milli park, şərabçılıq zavodu, Şəmkirdə isə Yaşıl Bazar, Aqro Park və Şəmkir su anbarı ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR