İraq ordusu İŞİD-in “hərbi nazir”inin öldürüldüyünü açıqlayıb

İraq ordusu İŞİD-in “hərbi nazir”inin öldürüldüyünü açıqlayıb
# 06 yanvar 2016 15:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İraq Hərbi Hava Qüvvələrinin Ənbar vilayətinə hücumu nəticəsində İŞİD daxilində “hərbi nazir” vəzifəsini icra edən şəxsin zərərsizləşdirildiyi açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə hərbi komandanlığın informasiya bürosunun “Facebook” səhifəsində məlumat verilib. "Nazir"lə yanaşı, daha 3 terrorçunun məhv edildiyi bildirilir. “Al-Arabia” telekanalı öldürülən “nazir”in adı Samer Muhammed Matlub əl-Məhləvi və ya “Əbu Muaz” olduğu barədə xəbər yayıb.

Ötən ilin dekabrında İraq hərbçiləri “maliyyə naziri” vəzifəsini icra edən terrorçunu da zərərsizləşdirdiklərini açıqlamışdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR