Akademik Milli Dram Teatrında Cahangir Zeynalovun 150 illik yubileyi qeyd olunub

Akademik Milli Dram Teatrında Cahangir Zeynalovun  150 illik yubileyi qeyd olunub
# 23 dekabr 2015 18:53 (UTC +04:00)

Bakı-APA. Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, pedaqoq Cahangir Zeynalovun 150 illik yubileyi qeyd olunub.

APA-nın məlumatına görə, tədbir ölkə başçısının C. Zeynalovun 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən təşkil edilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Cahangir Zeynalov sənətkar kimi ifaçısı olduğu bütün rolları canlı müşahidələri sayəsində zənginləşdirib və dolğun surətlər silsiləsi yaradıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət Cahangir Zeynalovun Azərbaycan teatr sənətinin inkişafındakı rolundan danışıblar.

Yubiley mərasimində “Cahangirdən Cahangirə” adlı bədii layihə çərçivəsində əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə Anton Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. Səhnə əsərində Cahangir Novruzov və Hikmət Rəhimov çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR