Azərbaycanda ÜDM istehsalı 4,2% artıb

Azərbaycanda ÜDM istehsalı 4,2% artıb
# 15 sentyabr 2015 14:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 36,0 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,3% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 57,7%-dən 68,4%-dək yüksəlib. Ümumi daxili məhsulun 31,6%-i neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1% azalıb.

Bu dövrdə ümumi daxili məhsulun 34,6%-i sənayedə, 13,4%-i tikintidə, 9,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 6,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,8%-i nəqliyyat və anbar təsərrüfatı, 2,8%-i yaşayışın təşkili və ictimai iaşə, 2,0%-i informasiya və rabitə, 17,2%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR