Tovuzda avtoqəzada xəsarət alan sürücü xəstəxanada ölüb

Tovuzda avtoqəzada xəsarət alan sürücü xəstəxanada ölüb
# 30 avqust 2016 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tovuzda qəza törədən sürücü xəstəxanada ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 27-də Tovuz rayonunun Çatax kəndində rayon sakini Eldar Qarayev idarə etdiyi “VAZ-2105” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü avqustun 29-da orada ölüb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR