“Varşava mozaikası” beynəlxalq mədəniyyət festivalı keçirilib

“Varşava mozaikası” beynəlxalq mədəniyyət festivalı keçirilib
# 03 oktyabr 2016 09:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Polşanın paytaxtı Varşava şəhərində “Varşava mozaikası” adlı beynəlxalq mədəniyyət festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Polşada Azərbaycanlı Gənclər Şurası təmsil edib.

Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd bildirib ki, festivalda Azərbaycanın mədəniyyəti, incəsənəti, turizmini özündə əks etdirən jurnallar və bukletlər paylanılıb. Bundan başqa, Azərbaycan haqqında məlumat stendi qurulub.

“Avropa Gənclər Evi”nin təşkilatçılığı ilə keçirilən “Varşava mozaikası” adlı beynəlxalq mədəniyyət festivalında Polşa, Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan və Moldova təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR