“Xalq qəzeti”nin keçmiş əməkdaşı vəfat edib

“Xalq qəzeti”nin keçmiş əməkdaşı vəfat edib
# 05 aprel 2016 10:16 (UTC +04:00)

Bakı - APA. “Xalq qəzeti”nin keçmiş əməkdaşı Ələsgər Cabbarov 83 yaşında üzün sürən xəstəlikdən sonra dünyasını dəyişib.

APA-nın məlumatına görə, Ə.Cabbarov ötən əsrin 50-ci illərində sabiq SSRİ-nin Sənaye İnstitutunu neft mühəndis ixtisası üzrə bitirib.

Jurnalistikaya marağı nəticəsində respublikanın qəzet və jurnalları, radiosu ilə sıx əməkdaşlığa başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının 1961-ci yaradılan “Elm və həyat” jurnalının redaksiyası formalaşdırılarkən Ə. Cabbarov da seçilərək işə qəbul edilib, burada şöbə müdiri kimi fəaliyyət göstərib. Bir neçə il sonra isə Milli Ensiklopediyaya redaksiya müdiri təyin edilib. Ə.Cabbarov “Xalq qəzeti”ndə 1992-ci ildən çalışmağa başlayıb. Əvvəl kommersiya direktoru, sonra isə bölgə müxbiri kimi fəaliyyət göstərib. Ömrünün ahıl çağında könüllü olaraq nəşrdən uzaqlaşsa da, kollektivlə ömrünün son günlərinədək sıx əlaqədə olub.

Mətbuat Şurası Ə. Cabbarovun vəfatı ilə əlaqədar nekroloq verib.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR