Prokuror qətl və quldurluqda təqsirləndirilən dəstə üzvlərinə cəza istəyib

Prokuror qətl və quldurluqda təqsirləndirilən dəstə üzvlərinə cəza istəyib
# 15 yanvar 2016 11:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və quldurluqda təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Şakir Orucovun ömürlük, Röyal Əhmədova 20 il, digərlərinə isə 14 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi 21-də davam etdiriləcək.

Qeyd edək ki, Ş.Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhərində yaşayan Nəsibə Axundovanı öldürərək evini qarət ediblər. Daha sonra Bakıya gələn Şakir Orucovla Röyal Əhmədov Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR