ADY-nin tərəfdaşı olan Fransa şirkəti çətinliklə üzləşib

ADY-nin tərəfdaşı olan Fransa şirkəti çətinliklə üzləşib
# 04 oktyabr 2016 13:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Fransa hökuməti "Alstom" şirkətinin Belfordakı zavodunun bağlanmasının qarşısını almaq üçün istehsalçıya 500 mln. avroluq sifariş verib.

"APA-Economics" "Financial Times" (FT) nəşrinə istinadən xəbər verir ki, bu barədə sənaye naziri Kristof Siruq deyib.

Hökumət 20%-lik səhm paketi ona məxsus olan şirkətdən 15 ədəd yüksəksürətli qatar sifariş edib. "Bununla da biz 137 illik tarixə malik olan zavodun bağlanmasının qarşısını aldıq", - deyə nazir bildirib.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC "Alstom" şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb.

Bununla yanaşı, "Alstom" şirkətinin Azərbaycandakı filialının direktoru Elşən Zeynalov bir müddət öncə deyib ki, şirkət Bakı, Gəncə və Tbilisi şəhərləri üçün tramvay layihələrini həyata keçirməyi təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR