Putin: "Rusiya Suriyada antiterror əməliyyatına vaxtında başlayıb”

Putin: "Rusiya Suriyada antiterror əməliyyatına vaxtında başlayıb”
# 26 fevral 2016 13:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya Suriyada antiterror əməliyyatlarını vaxtında başlayıb”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) kollegiya iclasında çıxışı zamanı deyib. O bildirib ki, xidmət usiyaya zərbə vurmağa hazırlaşan qruplaşmaların fəaliyyətinin qarşısını vaxtında alıb: “İndi əsas məsələ etibarlı şəkildə Yaxın Şərqdəki və digər regionlardakı silahlıların Rusiya ərazisinə girməsinin qarşısını almaq, xaricdəki terror təşkilatları ilə əlaqəsi olanları operativ şəkildə aşkar etmək və zərərsizləşdirməkdir”.

Rusiya prezidenti qeyd edib ki, Suriyada İŞİD-ə və digər terror qruplaşmalarına qarşı hərbi əməliyyatlar sülhün əldə olunmasından sonra da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR