Daxili İşlər Nazirliyi Yevlaxda ölümlə nəticələnən yol qəzası haqqında məlumat yayıb

Daxili İşlər Nazirliyi Yevlaxda ölümlə nəticələnən yol qəzası haqqında məlumat yayıb
# 21 sentyabr 2015 10:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi Yevlaxda ölümlə nəticələnən yol qəzası haqqında məlumat yayıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də saat 19 radələrində Yevlax rayonunun Qarxun kəndində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi “KamAZ” və Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi “BYD” markalı avtomobillər toqquşub. Nəticədə E.Babayevin sərnişinləri, qardaşı Coşqun, həmyerliləri Ramin Babayev və onun oğlu Şamil hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR