Referendumla əlaqədar qeydiyyatdan çıxma vəsiqələrinin MSK-dan DSK-lara verilməsi prosesi başa çatır

Referendumla əlaqədar qeydiyyatdan çıxma vəsiqələrinin MSK-dan DSK-lara verilməsi prosesi başa çatır
# 11 avqust 2016 10:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına (DSK) verilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin MSK-dan DSK-lara dairə seçki komissiyalarına verilməsi səsvermə gününə azı 45 gün qalanadək başa çatdırılmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu müddət avqustun 12-dək olan dövrü əhatə edir.

Bu gün referendumla əlaqədar nömrələri və hüdudları göstərilən seçki məntəqələri siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələri siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi üçün ayrılan müddət də başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR