Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi 40% artıb

Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi 40% artıb
# 23 noyabr 2015 10:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 781 milyon 890 min manat həcmində investisiya yönəldilib.

APA-Economics” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da bir il öncəki göstəricidən 1,3% çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 689 mln. 762 min manatı və ya 88,2%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

Hesabat dövründə Naxçıvanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 61945,2 min manat məbləğində kreditlər verilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 39,4% çoxdur.

1 noyabr 2015-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 46609-a çatıb ki, bunun da 42069-u və ya 90,3%-i aktiv hesablardır. 2015-ci ilin yanvar-oktyabr aylarında açılmış 8380 bank hesabının 8326-sı və ya 99,4%-0i aktiv hesablar olub.

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 147 POS-terminal quraşdırılıb və bu göstərici 1 noyabr 2015-ci il tarixə 1014-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR