İsraildə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

İsraildə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək
# 24 fevral 2016 09:15 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası tərəfindən həyata keçirilir.

Anım mərasimləri zamanı İsrail Knessetinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Aviqdor Libermanın təşəbbüsü ilə Xocalı faciəsi nəticəsində həlak olanların xatirəsinə Prezident Meşəsində 600-dən çox ağac əkiləcək. Millət vəkilləri Xocalı hadisələri, Dağlıq Qarabağ münaqişəsi barədə mərasim iştirakçılarına geniş məlumat verəcəklər. Deputatlar səfər çərçivəsində keçiriləcək digər tədbirlərə də qatılacaqlar. Səfər fevralın 27-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR