Nazir: “Qiyməti tənzimlənmiş dərman vasitələrinin 98 faizinin qiyməti endirilib”

Nazir: “Qiyməti tənzimlənmiş dərman vasitələrinin 98 faizinin qiyməti endirilib”
# 13 oktyabr 2015 11:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Ötən müddət ərzində 2200-ə yaxın dərmanın qiyməti tənzimlənib. Bu dərmanların 53 faizinin qiyməti 2 dəfə, 28 faizinin qiyməti isə 3 dəfədən çox azaldılıb”.

APA-nın məlumatına görə, bunu bu gün iqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev Milli Məclisdə 2016-cı il üçün büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib.

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin 98 faizinin qiymətinin endirildiyini qeyd edən nazir deyib ki, hazırda satışda olan dərman vasitələrinin 25 faizinin qiyməti tənzimlənib: “Bu məsələ dövlət başçısının diqqət mərkəzindədir, dərmanların qiymətinin tənzimlənməsi prosesi davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR