AŞPA-nın yeni vitse-prezidentləri seçilib

AŞPA-nın yeni vitse-prezidentləri seçilib
# 25 yanvar 2016 14:13 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü plenar iclasında qurumun vitse-prezidentləri də seçilib.

APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-da 20 vitse-prezident vəzifəsi rotasiya qaydasında tutulur və onlar bir il müddətinə seçilirlər.

Albaniya, İspaniya, Moldova və Rusiya nümayəndəlikləri üzrə vitse-prezident vəzifələri boş qalıb.

Bu dəfə seçilən vitse-prezidentlər arasında Azərbaycandan olan parlamentar yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR