Bu gün AŞPA-da Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq

Bu gün AŞPA-da Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq
# 10 oktyabr 2016 07:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün AŞPA-nın büro iclasında Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq.

APA-nın məlumatına görə, büroda AŞPA qiymətləndirmə missiyasının sentyabrın 26-da Azərbaycanda keçirilən referendumla bağlı ilkin qiymətləndirməsi və Venesiya Komissiyasının ilkin rəyi də müzakirə olunacaq.

Qeyd edək ki, AŞPA-nın Avropa İnsan Haqları Məhkəməsinə Hakimlərin seçilməsi komitəsi ən uyğun namizəd kimi Lətif Hüseynovun seçilməsini tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR