Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
# 26 mart 2016 15:31 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbirinin verdiyi məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Piyada aldığı zərbədən ölüb, sürücü isə hadisə yerindən qaçıb.

Hazırda Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ölən qadının və sürücünün kimliyini araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR