Azərbaycan yığmasının üzvü “Qalatasaray”la müqavilə bağlayıb

Azərbaycan yığmasının üzvü “Qalatasaray”la müqavilə bağlayıb
# 07 yanvar 2016 08:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin basketbolçusu Çarlz Devis 2016-cı ilə yeni komandada başlayacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın 32 yaşlı milliləşdirilmiş legioneri 2009-cu ildən formasını geyindiyi “Banvit” klubundan ayrılıb.

Amerika əsilli hücumçu “Qalatasaray”la anlaşıb. 204 sm boya malik Devis 6 aylıq müqaviləyə imza atıb. Əgər tərəflər arasında hansısa narazılıq olmasa razılaşma növbəti mövsüm üçün də qüvvədə qalacaq.

Qeyd edək ki, Devis 2010-cu ildən Azərbaycan millisinin şərəfini qoruyur. O, Avropa Oyunları zamanı 3X3 yığmamızda oynamasa da, əsas komandamızda qitə çempionatında özünü yaxşı tərəfdən göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR