Gürcüstanın baş naziri: “Seçkilərdə azərbaycanlı namizədlərin qələbə çalacağına mənim heç bir şübhəm yoxdur”- Eksklüziv

Gürcüstanın baş naziri: “Seçkilərdə azərbaycanlı namizədlərin qələbə çalacağına mənim heç bir şübhəm yoxdur”- <span style="color: red;">Eksklüziv
# 20 avqust 2016 17:47 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. “Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur. Onlar bu seçkilərdə qalib gələcəklər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili “Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində azərbaycanlı namizədlər haqqında bildirib.

O, APA-ya açıqlamasında azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib: “Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur”, - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün “Gürcü Arzusu-Demokratik Gürcüstan”-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR