İrəvan Rusiyanın ayıracağı hərbi kreditə dair sazişləri razılaşdırıb

İrəvan Rusiyanın ayıracağı hərbi kreditə dair sazişləri razılaşdırıb
# 09 avqust 2016 19:38 (UTC +04:00)

Bakı-APA. Ermənistan tərəfi Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində hərbi ixrac kreditinin ayrılmasına dair sazişləri, demək olar ki, tamamilə razılaşdırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

“Müqavilələr, demək olar ki, tamamilə razılaşdırılıb, dövlətdaxili prosedurlar başa çatıb”, - deyə Ohanyan bildirib. Onun sözlərinə görə, silah və hərbi texnikanın tədarükü daha əllər əldə olunan sazişlər çərçivəsində həyata keçirilir: “Lakin, bu məsələlərdə müəyyən dərəcədə məxfilik var”.

“Bizim xalqımız tamamilə rahat ola bilər. Biz, xüsusən də, müasir silah vasitələrinə qarşı mübarizə məqsədilə informasiya texnologiyaları sahəsi ilə də əməkdaşlıq edirik”, - deyə ermənistanlı nazir əlavə edib.

Qeyd edək ki, Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində hərbi ixrac kreditinin ayrılmasına dair saziş 2015-ci ildə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR