ADU-da Bundestaqın təqaüd proqramının təqdimatı olub

ADU-da Bundestaqın təqaüd proqramının təqdimatı olub
# 04 oktyabr 2016 15:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

APA-nın məlumatına görə, burada Bundestaqın Beynəlxalq Parlament təqaüd proqramının (İPS) təqdimatı keçirilib.

Nümayəndə heyətinə başçılıq edən Bundestaqın üzvü Aleksandr Ulrix bildirib ki, proqram çərçivəsində dünyanın 41 ölkəsindən 120 tələbəyə təqaüd ayrılıb. Onun sözlərinə görə, qaliblər martın 1-dən etibarən 5 ay ərzində Almaniya parlamentinin iş sistemini öyrənmək imkanı əldə edirlər. Bu proqram Berlinin 3 universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Tədbirdə 2014-cü ildə İPS proqramının məzunu olmuş azərbaycanlı tələbə proqram barədə təəssüratlarını bölüşüb və Almaniya Bundestaqında gördüyü işlərdən danışıb.


Qeyd edək ki, Almaniya parlamentinin nümayəndə heyəti ötən gün Azərbaycana gəlib. Səfər sabah bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR