Pakistanda iki qatar toqquşub, ölən və xəsarət alanlar var

Pakistanda iki qatar toqquşub, ölən və xəsarət alanlar var
# 15 sentyabr 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Pakistanın Pəncab əyalətində iki qatarın toqquşması nəticəsində 4 nəfər ölüb, 150 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Multan şəhərində qeyd alınıb.

Məlumata əsasən, Pişəvar- Kəraçi marşrutu ilə hərəkət edən sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə sərnişin qatarının dörd vaqonu relsdən çıxaraq aşıb. Yaralılar xəstəxanalara göndərilib. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR