PKK-nın qanadı YPS-nin qadınlar birliyinin lideri öldürülüb

PKK-nın qanadı YPS-nin qadınlar birliyinin lideri öldürülüb
# 23 mart 2016 07:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnak vilayətində həyata keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın öldürüldüyü iddia edilir. APA-nın xəbərinə görə, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Məlumata görə, bu gün Şırnak şəhər mərkəzində davam edən əməliyyatlarda 4 terrorçu məhv edilib. Onların arasında PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın da olduğu deyilir. Bundan başqa, 9 PKK-çı sağ ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR