Tərtərdə baş verən yol qəzasında 1 nəfər ölüb

Tərtərdə baş verən yol qəzasında 1 nəfər ölüb
# 23 avqust 2016 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də saat 14 radələrində Tərtər rayonunun Dördyol qəsəbəsində Şuşa şəhər sakini İsmayıl Həsənovun idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Şakir Qəhrəmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Ş. Qəhrəmanov hadisə yerində ölüb, İ. Həsənov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR