Göyçay sakini qonşularını dəmir alətlə döyərək ağır xəsarətlər yetirib

Göyçay sakini qonşularını dəmir alətlə döyərək ağır xəsarətlər yetirib
# 02 aprel 2016 09:53 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayon sakinlərinin davası ağır nəticə verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Ömərov Məmmədyar Abdulməmməd oğlu Çərəkə kəndindəki çayxanada domino oynayan zaman aralarında yaranan mübahisə zamanı dəmir oturacağı qonşusu 1938-ci il təvəllüdlü Məmmədov Ağabala Bəkir oğlunun başına vuraraq ona ağır xəsarət yetirib. Məmmədyar Ömərov daha sonra küçəyə çıxaraq 1971-ci il təvəllüdlü Məmmədov Zahir Faiq oğlunun başına da dəmir parçası ilə iki dəfə zərbə endirib. Ağır kəllə-beyin travması alan Ağabala Məmmədov və Zahir Məmmədov Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən Məmmədyar Ömərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR