Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib
# 27 fevral 2016 14:00 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Prezidenti İlham Əliyev dominikanlı həmkarı Danilo Medinanı Dominikan Respublikasının Müstəqillik günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Dominikan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR