Çempionlar Liqası: “Çelsi” – PSJ: 1-2

Çempionlar Liqası: “Çelsi” – PSJ: 1-2
# 09 mart 2016 23:05 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçirilib.

APA-nın məlumatına görə, günün ikinci oyununda Londonda “Çelsi” PSJ-ni qəbul edib.

16-cı dəqiqədə PSJ hesabı açsa da Dieqo Kosta tezliklə hesabı bərabərləşdirib. Həlledici qolu isə 67-ci dəqiqədə PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviç vurub.

Beləliklə, Paris klubu ilk görüşdəki kimi 2:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl Portuqaliyanın “Benfika” klubu eyni hesabla Rusiya “Zenit”inə qalib gələrək ¼ finala çıxıb.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunu

“Çelsi” (İngiltərə) – PSJ (Fransa) - 1:2

Qollar: Dieqo Kosta, 27 - Robiot, 16, İbrahimoviç, 67

İlk oyun 1:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR