Fransanın şimalında naməlum silahlı şəxslər bir neçə şəxsi girov götürüblər

Fransanın şimalında naməlum silahlı şəxslər bir neçə şəxsi girov götürüblər
# 24 noyabr 2015 21:47 (UTC +04:00)

Bakı-APA. Fransanın şimalında Belçika sərhədi yaxınlığında Rube şəhərində naməlum silahlı şəxslər bir neçə şəxsi girov götürüblər. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, girovlar arasında azyaşlı uşaqların olduğu bildirilir.

RLT radiostansiyasının məlumatına görə, insident yol polisi əməkdaşlarının yoxlamaq məqsədilə cinayətkarları saxladıqdan sonra baş verib.

“Vətəndaşlar girov götürüldükdən sonra əməliyyata başlanılıb. Atışma baş verib, hadisə yeri mühasirəyə alınıb. Bank direktorunun və onun ailəsinin girov götürüldüyü ehtimal olunur”, deyə mənbə bildirib.

BFMTV-in məlumatına görə, söhbət iki soyğunçudan gedir. Şəxslərin girov götürülməsinin terrorçuluqla heç bir əlaqəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR