Bakıda “Xocalı...Sərsəng... Davam edən soyqırımı” adlı tədbir keçirilib

Bakıda “Xocalı...Sərsəng... Davam edən soyqırımı” adlı tədbir keçirilib
# 24 fevral 2016 12:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu gün Bakıda “...Xocalı...Sərsəng... Davam edən soyqırımı” adlı tədbir keçirib. APA-nın məlumatına görə, AVCİYA rəhbəri, deputat Elxan Süleymanov bildirib ki, Sərsəng su anbarının 22 ildən çoxdur, Ermənistanın işğalı altında olması Azərbaycana və azərbaycanlılara qarşı soyqırımıdır: “Bu yaxınlarda Sərsəng su anbarı ilə bağlı Avropa Şurasında qəbul edilən qətnamə bir daha Ermənistanın işğalçı olmasını təsdiqlədi. Xocalı soyqırımı, Sərsəng su anbarı ilə bağlı baş verənlər bizi bir daha səsləyir ki, torpaqlarımızı işğaldan azad edək”.

E. Süleymanov qeyd edib ki, BMT-də və Avropa Şurasında qəbul edilən qətnamələr problemin Dağlıq Qarabağ münaqişəsi yox, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ münaqişəsi adlandırılmasına əsas verir: “Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında dinlənilən məruzələrdə də bu, bir daha vurğulandı. Yeri gəlmişkən, qəbul olunan o məruzədə bütün deyilənlər tamamilə haqlı fikirlər idi”.

Mövzu ətrafında çıxışlar başa çatandan sonra AVCİYA adından Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında olan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət qəbul olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR