Prezident İlham Əliyev Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının tərkibini təsdiqləyib
# 27 oktyabr 2015 15:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, komissiyasın Azərbaycan tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:

Komissiyanın həmsədri

Natiq Əliyev – energetika naziri.

Komissiyanın üzvləri:

Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov – xarici işlər nazirinin müavini

Sahil Babayev – iqtisadiyyat və sənaye nazirinin müavini

Toğrul Musayev – ədliyyə nazirinin müavini

Elmir Vəlizadə – rabitə və yüksək texnologiyalar nazirinin müavini

Musa Pənahov – nəqliyyat nazirinin müavini

İlham Quliyev – kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev – ekologiya və təbii sərvətlər nazirinin müavini

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Anar İmanov – Azərbaycanın Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Azərbaycan Xarici İşlər Nazirliyinə isə Azərbaycan-Vyetnam hökumətlərarası komissiyasının Azərbaycan tərəfindən tərkibi barədə Vyetnam tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR