Nüvə razılaşmasının şərtləri pozularsa, İran uranın zənginləşdirilməsinə başlayacaq

Nüvə razılaşmasının şərtləri pozularsa, İran uranın zənginləşdirilməsinə başlayacaq
# 20 oktyabr 2015 14:46 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Qərb tərəfindən nüvə razılaşmasının şərtlərinin pozulacağı halda, İran uranın zənginləşdirilməsi üçün zavodlar tikməyə başlayacaq.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib. “Əgər Qərb öz vədlərinə əməl etməsə və ya nüvə razılaşmasının şərtlərinin yerinə yetirilməsini təxirə salsa, biz uranın zənginləşdirilməsi məqsədilə zavodlar tikəcəyik”, - deyə o, söyləyib.

Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında razılaşma bu ilin iyulun 14-də əldə edillib. Qəbul edilən ümumi fəaliyyət planına əsasən, İrana qarşı ABŞ, BMT TŞ, Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi və maliyyə sanksiyaları tədricən aradan qaldırılır. Əvəzində isə İran uranın zənginləşdirilməsindən imtina edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR